Ölkə 17:15 10.08.2015

Hepatit C-yə yoluxmuş yazar -jurnalist sabah müayinə ediləcək

Bu barədə Kənan Hacıya Səhiyyə Nazirliyindən zəng edilərək, məlumat verilib

Səhiyyə Nazirliyinin tibbi profilaktika şöbəsinin müdir müavini Yusif Babayev yazar-jurnalist Kənan Hacıya zəng edib. 

Xatırladaq ki, jurnalist Hepatit C virusuna yoluxub və xəstəliyi getdikcə ağırlaşmaqdadır. Yazıçının dostları onun müalicəsi üçün dövlətə müraciət ediblər. Millət vəkili Qənirə Paşayeva isə bu barədə səhiyyə naziri Oqtay Şirəliyevlə şəxsən özü danışıb.

Səhiyyə Nazirliyinin tibbi profilaktika şöbəsinin müdir müavini Yusif Babayevin bir neçə saat öncə yazar-jurnalistə zəng etdiyi barədə məlumat aldıq. Və bu barədə daha dəqiq məlumat almaq üçün Kənan Hacı ilə əlaqə saxladıq: “Səhiyyə Nazirliyinin tibbi profilaktika şöbəsindən Yusif Babayev bir az əvvəl zəng etmişdi. O, bildirdi ki, artıq lazımi  göstərişlər verilib. Və sabah gedib, bütün analizləri verərək, klinikada müayinədən keçmək lazımdır. Müayinənin cavablarına uyğun olaraq, müalicəvi tədbirlər görüləcək. Müayinədən pulsuz keçəcəyim də bildirildi.

Daha öncə də Səhiyyə Nazirliyindən mənə zəng olunmuşdu və getdim. Lakin son 30 gündə olan analizləri istədilər. Mən də yenidən analiz olunmaq üçün maddi imkanımın olmadığını bildirdim. Adımı dəftərə yazdılar və qayıtdım, gəldim. Sabah yenə gedəcəyəm...”

Qaynar.info