Dünya 10:17 20.08.2013

Hərbçilər səhvən jurnalisti öldürdülər

Misirin təhlükəsizlik orqanlarının əməkdaşları səhvən yerli jurnalisti qətlə yetirib. 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə “Röyter” agentliyi xəbər yayıb.

 Hadisə Damanxur şəhərinin nəzarət-keçid postunda baş verib. “Əl-Əhram” qəzetinin müxbiri Tamir Abdelrauf post qarşısında öz avtomobili ilə qəflətən dönmək istəyib. Buna reaksiya verən hərbçilər atəş açıb. Nəticədə maşının sürücüsü ölüb, onun sərnişini isə yaralanıb.

 Qeyd edək ki, Misirdə elan olunan komendant saatı mətbuat işçilərinə aid deyil. 

Qaynar.info