Dünya 11:10 25.02.2018

Hərbçiləri daşıyan avtobus aşdı: 23 yaralı var

Türkiyənin Antalya şəhərində hərbçiləri daşıyan avtobus qəzaya uğrayıb.

Qaynarinfo Türkiyə mediasına istinadən xəbər verir ki, Alanyaspor-Trabzonspor futbol klublarının qarşılaşmasına təhlükəsizlik məqsədilə təyin edilən əsgərləri daşıyan avtobus aşıb. Nəticədə, 22 əsgər və 1 sürücü yaralanıb. 

Yaralılar dərhal ərazidəki xəstəxanalara aparılıblar.

Gülşən