Ölkə 10:23 20.08.2013

Hərbi Dəniz Qüvvələri komandanının İrana səfəri baş tutmadı

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Şahin Sultanovun İrana səfəri baş tutmayıb.

APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, səfər Azərbaycan Müdafiə Nazirliyi tərəfindən ləğv edilib.
 
Ancaq nazirlik bununla bağlı heç bir rəsmi açıqlama verməyib.
 
Qeyd edək ki, Ş. Sultanov avqustun 18-də İran Hərbi-Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Həbibullah Səyyarinin dəvəti ilə qonşu ölkəyə üçgünlük səfər etməli idi.
 
Səfərdə məqsəd İranla Azərbaycan arasında dənizdə əməkdaşlığı inkişaf etdirməkdi.
 
Ş. Sultanovun səfər çərçivəsində İran Hərbi-Dəniz Qüvvələrinin bazalarına baxış keçirməsi də planlaşdırılmışdı.

Qaynar.info