Ölkə 18:19 16.08.2013

Hərbi Dəniz Qüvvələrinin komandanı İrana gedəcək

Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Şahin Sultanov yaxın günlərdə İrana səfər edəcək.

APA-nın “Təsnim” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Ş. Sultanov səfər çərçivəsində İran Hərbi-Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Həbibullah Səyyari ilə görüşəcək.
 
Ş. Sultanov səfər çərçivəsində İran Hərbi Dəniz Qüvvələrinin bazalarına və məntəqələrinə baxış da keçirəcək.

Qaynar.info