Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Şahin Sultanov yaxın günlərdə İrana səfər edəcək.
APA-nın “Təsnim” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Ş. Sultanov səfər çərçivəsində İran Hərbi-Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Həbibullah Səyyari ilə görüşəcək.
Ş. Sultanov səfər çərçivəsində İran Hərbi Dəniz Qüvvələrinin bazalarına və məntəqələrinə baxış da keçirəcək.
Qaynar.info
Şərhlər