Dünya 10:22 04.09.2013

Hərbi hissədə hadisə: ölən var

Ermənistanda yerləşən hərbi hissələrdən birində ölüm hadisəsi qeydə alınıb.

Anspress-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, Bert rayonunda 31 yaşlı müqavilə əsasında xidmət edən Alik Canvelyan turnikdə idman hərəkətləri edən zaman özünü pis hiss edib.

Hərbçini xəstəxanaya çatdırsalar da o keçinib. Məlumatı Ermənistanın müdafiə naziri Seyran Ohanyan da təsdiq edib. Alik Canvelyan 2009-cu ildən müqavilə əsasında Ermənistan hərbi qüvvələrində xidmət edirdi.

Qaynar.info