Ölkə 16:10 02.05.2013

Hərbiçilərimiz ağır yol qəzasına düşdü - ölən var

Bakıda hərbçilər ağır yol qəzasına düşüb.

Suraxanı rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə mayın 1-də qeydə alınıb. Bakı şəhər sakini Elçin Mahmudov idarə etdiyi "Chevrolet" markalı avtomaşını yolun kənarındakı qaz borusuna çırpıb. Nəticədə sürücü aldığı xəsarətdən hadisə yerində keçinib.

 Avtomobildə olan sərnişinlər - Aqil Hüseynov, miçman Vüqar Ağayev və kiçik miçman İsgəndər Məmmədov müxtəlif dərəcəli xəsarətlər alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Qaynar.info