Foto 18:06 18.11.2017

Həriri Fransada (FOTOLAR)

Fransa prezidenti Emmanuel Makron və xanımı Bricit Makron Livanın sabiq baş naziri Səad Həriri və ailəsini qəbul edib. 

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, "Elysee" sarayında baş tutan mətbuata qapalı görüşdən əvvəl onlar kamera qarşısına keçiblər.

Həriri və ailəsini Livanın Parisdəki səfiri Rami Advan qarşılayıb. Qarşılamada Fransanın hansısa rəsmi şəxsi iştirak etməyib. Makron və Həriri ailəsinin birgə yemək yeməsi gözlənilir. Sabiq baş nazirin səfəri rəsmi hesab edilmir. 

Qeyd edək ki, 4 noyabrda Səudiyyə Ərəbistanında istefa verən Səad Həririnin bu addımı birmənalı qarşılanmamış, Səudiyyə baş naziri istefaya məcbur edən ölkə adlandırılmışdı.

Həririnin 21 noyabrda ölkəsinə qayıtması gözlənilir.

Gülşən
Qaynarinfo.Az