Foto 10:51 04.01.2020

Həsən Ruhani öldürülən generalın evində (FOTO)

Bu gün səhər İran prezidenti Həsən Ruhani general Qasım Süleymaninin ailəsinə baş çəkib.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, H.Ruhani generalın ailəsinə başsağlığı verib və onun qisasının alınacağını deyib.

Xatırladaq ki, cümə günü Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani öldürülüb.