Heydər Əliyev prospekti-Hava limanı və Zığ-Hava limanı yollarında bütün zolaqlar üzrə sürətlər 20 km/saat endirilib.
 
Qaynarinfo xəbər verir ki, bu barədə report-a Bakı Nəqliyyat Agentliyinin sektor müdiri Mais Ağayev məlumat verib.
 
M.Ağayevin sözlərinə görə, sürət həddinin endirilməsinə səbəb hazırkı hava şəraitidir. Həmin yollarda müvafiq olaraq sürüşkən yol işarəsi qoyulub.