Dünya 11:00 11.11.2017

Heyvan seriyalı qatili axtarılır

İngiltərə polisi son 2 ildə 368 heyvanı öldürən cinayətkarın axtarışındadır.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, 2015-ci ilin sentyabrında Londonda başlayan hadisə nəticəsində həmin il 8, 2016-da 114 və bu il ərzində isə 246 heyvan oxşar şəkildə qətlə yetirilib.

Polis sözcüsü Endi Kollin qatilin bu qətllərdən zövq aldığını, gələcəkdə hədəfində qadın və uşaqların ola biləcəyini təxmin etdiklərini bildirib.

Qurban heyvanların əksəriyyəti pişiklərdir. Qatil öldürdüyü heyvanların bədənlərini parçalayıb sahiblərinə göndərir və ya yaxın əraziyə atır. 

PETA və heyvan hüquqları uğrunda mübarizə aparan digər oxşar təşkilatlar qatilin həbsinə kömək edənə 10 min funt sterlinq pul mükafatı vəd edib.

Gülşən
Qaynarinfo.Az