Video 13:54 18.10.2018

HHM bölmələri döyüş atışları icra edib (VİDEO)

Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq keçirilən Hava hücumundan müdafiə (HHM) bölmələrinin taktiki təlimlərində "İQLA” daşınan zenit-raket komplekslərindən döyüş atışları icra edilib.

Bu barədə Qaynarinfo-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məluamt verilib.

Şəxsi heyət qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetirib.