Ölkə 11:21 03.05.2013

Hicab məhbusu azadlığa buraxılıb

Dünən günorta saatlarında Quliyev Nəsimi Ramazan oğlu saxlanıldığı təcridxanadan buraxılıb. 

İslamazeri.az xəbər verir ki, Nəsimi Quliyev 6 oktyabr 2012-ci ildə ("Hicaba azadlıq" aksiyasından 1 gün sonra) gecə evindən aparılmışdı.

Nərimanov rayon məhkəməsi dindara 1 il həbs qərarı vermişdi. Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 16 saylı cəza çəkmə müəssisəsində dünən keçirilən məhkəmə Nəsimi Quliyevin həbsinin qalan müddətini məntəqə tipli cəzaçəkmə müəssisəsində keçirməsinə qərar verib. Məhkəmənin hökmü elan edildikdən sonra Nəsimi Quliyev azadlığa buraxılıb.

Nəsimi Quliyev Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham olunub.

Qaynar.info