Dünya 09:39 12.09.2013

Hicablı qadından möhtəşəm qələbə


      
Amerika vətəndaşı olan müsəlman qadın ilk dəfə hüquqi qələbə qazandı

ABŞ-ın Kaliforniya əyalətində hicab taxdığı üçün işindən qovulan müsəlman qadın məhkəmədə qalib gəlib.

"New York Times" qəzetinin verdiyi xəbərə görə, Kaiforniya federal məhkəməsi, işçisini hicablı olduğu üçün qovan "Abercrombie & Fitch" şirkətinin hüquqa zidd davranması ilə bağlı hökm verib. Məhkəmədə bildirilib ki, şirkət rəhbərliyi hüququn açıq şəkildə tapdalanmasına yol verib.

Özlərini müdafiə etməyə çalışan şirkət nümayəndəsi, şirkət əməkdaşları ilə bağlı geyim siyasətində dəyişiklik etdiklərini, artıq hicaba icazə verildiyini və işçilər arasında dini ayrı-seçkjiliyə yol verilmədiyini bildirib.

Baş verənlərlə bağlı mətbuata açıqlama verən Ümme-Hanı Khan, "Qanunlar bizi qoruyur və biz səsimizi çıxarmalıyıq. Əgər nə vaxtsa ayrı-seçkilik baş verərsə, bunun qarşısını almaq üçün mübarizə aparmalıyıq" - deyə qeyd edib.

Qeyd edək ki, 2010-cu ilin fevral ayında adı çəkilən şirkət Ümme-Hanı Khan adlı müsəlman işçisini, iş yerində hicabı çıxarmağı rədd etdiyi üçün işdən qovmuşdu. // ANS PRESS

Qaynar.info