Hikmət Cavadov: "Məqsədimiz Ukraynada demokratik proseslərə dəstək verməkdir" (VİDEO)
Bu gün Kiyevdə Mixael Saakaşvilinin həbsindən və ardınca da tərəfdarları tərəfindən azad edilməsindən sonra Ali Radanın qarşısında mitinq keçirilib.
AzNews.az xəbər verir ki, mitinqdə Saakaşvilinin tərəfdarları çıxış edərək Ukrayna hökumətini demokratik proseslərə maneə olmamağa çağırıblar. Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov da çıxış edənlər arasında olub.
H.Cavadov çıxışı zamanı Ukraynanın Avropanın bir hissəsi olduğunu bəyan edib və qeyd edib ki, məqsəd Ukraynada demokratik proseslərə dəstək vermək, ölkədə azadlığı və demokratiyanı təmin etməkdir.
Hikmət Cavadov həmçinin əlavə edib ki, onlara qarşı təzyiqlərə və deportasiya olunmaları ilə bağlı hədələrə baxmayaraq Ukraynanın demokratiyası və azadlığı uğrunda mübarizələrini davam etdirəcəklər.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər