Siyasət 11:55 17.10.2013

Hikmət Hacızadə: "Faşist düşüncəli millətlərdə belə olur" - MÜSAHİBƏ

"Faşist düşüncəli millətlər adətən belə olurlar"

Azərbaycanın Rusiyadakı sabiq səfiri Hikmət Hacızadənin Qaynar.info-ya müsahibəsi 

- Rusiyada baş verən son hadisə adi məişət zəminində baş verən qətl hesab olunur, amma gördünüz ki, olay böyük rezonansa səbəb oldu. Onsuz da belə hadisələr Rusiyada tez-tez baş verir. Bəs bu hadisə niyə bu qədər şişirdildi?   

- Rusların fikrincə, guya hamı bunları incidir, bu "yazıq" millət də faşist quruplarda birləşib buna cavab verir. Bu təkcə Azərbaycana qarşı deyil. Bir neçə gün bundan əvvəl Hollandiyayla bağlı belə bir hadisə baş vermişdi. Bir rusiyalı diplomat sərxoş vəziyyətdə saxlanılmışdı. Bu məsələ ətrafında da böyük skandal yaratdılar. Məsələyə Rusiya prezidenti Vladimir Putin də qarışdı. Tələb qoydular ki, bəs Hollandiya höküməti üzr istəməlidirlər. Dünən də oxuyuram ki, hansısa xuliqanlar gedib giriblər Moskvada yaşayan bir holland diplomatın evinə, əl-qolunu bağlayıb döyüblər, daha sonra isə evini də dağıdıblar. Yəni orda da hansısa təsadüf nəticəsində məişət zəminində baş vermiş hadisəni dövlət səviyyəsinə qaldırmışdılar. Bütün bunlar da onu göstərir ki, Rusiya əhalisinin psixloji durumu bərbad vəziyyətə gətirilib. Faşist düşüncəli millətlər adətən belə olurlar. 

- Rusiyada baş verən bu hadisələrdən sonra Qusarda baş verən və 1 polisin ölümü 3-nün yaralanmasıyla nəticələnən silahlı insidenti təsadüf hesab etmək olarmı?

- Mən bu barədə tam dəqiq bir şey deyə bilməyəcəm. Bəlkə də, hansısa provakasiyalar olub. Amma hesab etmirəm ki, bunlar bir nöqtədən idarə olunan hadisələrdir.

- Bəs Azərbaycan hökümətinin bu məsələyə reaksiyası qanedicidirmi?

- Prinsipcə səfrimiz çıxış etdi, nota göndərəcəklərini, Orxana vəkil göndərəcəklərini dedi. İnsan müqəssir olsa da, onunla belə davranmaq olmaz, onun ləyaqəti var. Yeri gəlmişkən, Azərbaycan hökuməti də bu isteriya vəziyyətindədir, xalqına, müxalifətinə qarşı. Baş tutmuş son mitinq də onu göstərdi. Sakit mitinq oldu, insanlar evlərinə getmək istədikləri an polis onların üzərinə hücum edir, başlayır provakasiyaya çəkməyə. Onu döyür, bunu döyür, bayrağı kiminsə əlindən alır. Bax bu mən dediyim psixozla bağlı olan məsələdir. 

- Bu hadisələrdən sonra Azərbaycanın Rusiya ilə münasibətlərində hansısa dəyişiklik ola bilərmi? Məsələn, Azərbaycanın "Gömrük İtifaqına" qoşulması nə qədər realdır?

- Bunun o məsələyə adiyyatı yoxdur. Düzdür, Azərbaycanın hələ ki, bu ittifaqa qoşulmaması, anti-Azərbaycan ovqatı yaradır. Amma belə məsələlərin hansısa nöqtədən idarə edildiyini düşünmək mütləq deyil. 

Elkin Xəlilov

Qaynar.info