Dünya 19:49 12.12.2012

Hillari Klinton xəstələnib

ABŞ Dövlət katibi Hillari Klinton xəstələndiyinə görə ərəb ölkələrinə səfəri təxirə salıb. Dövlət katibi Mərakeş, Tunis və Birləşmiş Ərəb Əmirliklərinə getməli idi



Moderator.az "Azadlıq Radiosu"na istinadən bildirir ki, çərşənbə günü Mərakeşdə “Suriyanın dostları” qrupunun iclası keçiriləcək.
Hillari Klintonu bu görüşdə onun müavini William Burns əvəz edəcək.

Görüşdə Vaşinqtonun bu yaxınlarda yaradılmış müxalifət koalisiyasını tanıyacağı gözlənilir.
Bu müxalifətin xarici yardım almaq imkanını daha da artıracaq.

Hazırda Suriyada üsyançılarla hökumət qoşunları arasında döyüşlər gedir.