Dünya 13:08 13.08.2018

Hindistanda musson yağışları 774 nəfərin həyatına son qoyub

Hindistanda davam edən musson yağışları nəticəsində ölənlərin sayı 774 nəfərə çatıb.

Qaynarinfo xəbər verir ki, 7 əyalətdə müşahidə edilən yağışlar 245 nəfərin yaralanmasına səbəb olub. İtkin düşən insanların axtarışı davam etdirilir.

Qeyd edək ki, yağış səbəbilə bəzi ərazilərdə fövqəladə vəziyyət elan edilib.

Gülşən