Video 19:42 03.05.2018

Hindistanda qum qasırğası 109 can aldı (VİDEO)

Hindistanın Uttar Pradeş və Racastan vilayətlərində dəhşətli qum qasırğası olub.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 109 nəfər həyatını itirib. Ölənlərin çoxunun gecə yuxuda ikən uçqun altında qalmaları nəticəsində həlak olduqları bildirilir.

Qasırğa səbəbindən yollar bağlanıb, məntəqələrə elektrik verilməsi dayandırılıb, çoxlu sayda dağıntılar baş verib.