Maqazin 22:58 30.09.2017

Hindistanın estrada ulduzu Bakıya gəlir

Noyabrın 11-də Heydər Əliyev adına İdman Arenasında “Bollywood Night” bayramı keçiriləcək. 

"Qaynarinfo" axşam.az-a istinadən xəbər verir ki, bayramda konsert proqramı təqdim olunacaq. Konsert Hindistanın Azərbaycandakı Assosiasiyasının (Indian Association Azerbaijan) dəstəyi ilə “Full House Entertainment” tərəfindən təşkil ediləcək.

Assosiasiyadan bildirilib ki, konsert proqramında Hindistanın estrada ulduzu Alişa Çinay da çıxış edəcək.

A.Çinay Hindistan musiqi mədəniyyətinə dəyişikliklər etmiş ilk ifaçılardan biri olub. Buna görə də A.Çinayı “Hindistanın pop-musiqisinin kraliçası” adlandırırlar. Məşhur Hind filmlərində hamı tərəfindən sevilən mahnıları məhz o ifa edir.

Qaynarinfo.Az