Dünya 19:00 12.09.2017

Hitlerin alt paltarı satışa çıxarılacaq (FOTOLAR)

Milyonlarla insanın ölümünə səbəb olan nasist lider Adolf Hitlerin müxtəlif əşyaları satışa çıxarılacaq.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Almaniyanın Merilənd bölgəsində yerləşən "Aleksandr Tarixi Auksionu" adlı tədbirdə əşyalar auksionda satışa çıxarılacaq. 

Hitlerin 1938-ci ildə istifadə etdiyi alt geyiminin 4-5 min dollar arasında satılacağı təxmin edilir. 

ABŞ əsgərinin Hitlerin Bavariyadakı evindən tapdığı dünya xəritəsi təxminən 100 min dollara satılacaq. 

Auksion evinin sahibi bildirib ki, satış zamanı kimsə irqçi çıxışlar etsə, onu qovacaq. 

Satılacaq digər əşyalar arasında köynək, kokteyl stəkanları, Hitlerin sevgilisi Eva Braunun çətiri də var.

Gülşən

Qaynarinfo.Az