Ekonomiks 14:36 25.02.2019

Hollandiya və Azərbaycan Türkiyənin siyahısında birinci oldu

Bu il Türkiyəyə ən çox sərmayə yatıran Hollandiya və Azərbaycan olub.

Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının sərmayə şöbəsinin rəhbəri Arda Ermut açıqlayıb.

O, bildirib ki, ötən il Türkiyəyə 13 milyard 163 milyon dollar xarici yatırım olub, bunun da böyük hissəsi Hollandiya və Azərbaycanın payına düşür.

"Dünyada birbaşa yatırımların 1,5 faizini almaq istəyirik. Əvvəlcə 18 milyard, daha sonra da 20-25 milyard dollar həddinə çatmağı hədəfləyirik", - deyə Arda Ermut bildirib.