Foto 10:39 15.04.2018

Hollandiyada dəfn sərgisi (FOTOLAR)

Hollandiyanın paytaxtı Amsterdamda dəfn sərgisi təşkil edilib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, 3-cü ildir təşkil edilən sərgi Vesterkerk kilsəsində baş tutub.
 
Burada Xristian dininin dəfn mərasimində istifadə edilən avadanlıqlar, tabutlar, tabut bəzəkləri, dəfndə iştirak edəcək şəxslərə verilən hədiyyələr, məzar daşları, dəfn müsiqiləri təqdim edilib. 

Dəfn təşkili ilə məşğul olan şirkətlər mərasim və əşyalar barədə sərgiyə gələnlərə məlumat verib.

Gülşən