Siyasət 23:32 05.12.2018

Hollandiyada yaşayan Saakaşvili Ukraynada veriliş aparacaq

Gürcüstanın eks-prezidenti və Odessanın keçmiş qubernatoru Mixail Saakaşvili Ukrayna televiziyalarının birində prezident seçkilərinə həsr edilmiş veriliş aparacaq.

"Qafqazinfo” "TASS”a istinadən xəbər verir ki, ZİK kanalında yayımlanacaq proqram "Cokerlər. Prezidentliyə gedən yol” adlanır. Maraqlısı isə Ukraynaya gedə bilməyən və hazırda Hollandiyada yaşayan Saakaşvilinin verilişi necə aparacağıdır. 

Telekanaldan Saakaşvilinin "prezident olmaq üçün hansı kriteriyalar lazım olduğunu” bildiyi və ukraynalı siyasətçilərlə tanış olduğu üçün seçkilərdə vətəndaşlara kömək edə biləcəyi deyilib.