Maqazin 15:06 27.08.2017

Hollivudun ən çox qazanan 10 aktyoru: məbləğ inanılmazdır (SİYAHI)

"Forbes" dərgisi son bir ildə "Hollywood"un ən çox qazanan aktyor və aktrisalarının adını açıqlayıb.

"Qaynarinfo" xəbər verir ki, nəticələr hər kəsi təəccübləndirib. Belə ki, siyahının ilk onluğunda heç bir qadının adı yoxdur. Ən çox qazanan aktrisa "La La Land" filmindən sonra daha da məşhurlaşan Emma Stonedir ki, 26 milyon dollar gəliri ilə 15-ci pillədə qərarlaşıb.

Bu ilin ən çox qazanan aktyorlarını sizlərə təqdim edirik:

1. Mark Uolberq - 68 milyon dollar


2. Dueyn Conson - 65 milyon dollar


3. Vin Dizel - 54,5 milyon dollar


4. Adam Sendler - 50,5 milyon dollar


5. Ceki Çan - 49 milyon dollar


6. Robert Dauni (kiçik) - 48 milyon dollar


7. Tom Kruz - 43 milyon dollar


8. Şahrux Xan - 38 milyon dollar


9. Salman Xan - 37 milyon dollar


10. Akşay Kumar - 36,5 milyon dollar


Çingiz Səfərli

Qaynarinfo.Az