Foto 09:14 16.11.2017

Homoseksual evliliklərə icazə verən ölkələr (SİYAHI)

Xəbər verdiyimiz kimi, Avstraliyada homoseksual evliliklər daha bir ölkədə rəsmiləşir. Belə ki, bununla bağlı Avstraliyada referendum keçirilib və iştirakçıların 61.6 faizi homoseksual evliliklərə "hə" deyib. Avstraliya hökuməti tezliklə müvafiq qanun layihəsini parlamentin müzakirəsinə çıxararaq rəsmiləşdirəcək.

Ölkənin baş naziri Malkolm Törnbel referendumun nəticələri ilə bağlı danışarkən "Avstraliya danışdı. Bərabərlik üçün, sevgi üçün "hə" dedi" deyib. Minlərlə insan isə küçələrə çıxaraq bu hadisəni bayram edib.

2015-ci ildə ABŞ-da homoseksual evliliklərə icazə verilməsindən sonra "Love wins" (Sevgi qazanır) şüarı bütün dünyada gündəmə gəlmişdi. Avstraliya hökuməti ölkədəki ağır mübahisələrdən sonra qərarın xalq tərəfindən verilməsi üçün referendum keçirmək qərarına gəlmişdi. Bu ölkə hələlik buna icazə verən son ölkə olsa da, bir çox ölkədə bənzər müzakirələr davam edir və qarşıdakı illərdə homoseksual evliliklərin rəsmiləşməsi gözlənilir. 



2000-ci ildə Hollandiyanın ilk olaraq icazə verdiyi homoseksual evliliklər dəstəkləyənlər qədər qarşı çıxanların da olduğu, bir çox ölkədə sərt mübahisələrə səbəb olan və tərəflərin anlaşmaqda çalışdığı bir məsələdir. Dəstəkləyən aksiyalar qədər, etiraz aksiyaları da bütün dünyada keçirilir. Avstraliyada bu qərara qarşı çıxan qurumpun hətta faşist simvollarından istifadə etməsi sərt tənqidlərə səbəb olmuşdu.

Bu tip evliliklərə əsasən Amerika və Avropa qitəsində icazə verilir. Afrikada yalnız bir ölkədə homoseksual evliliklərə icazə var. Asiyada isə hələlik heç bir ölkə bu qərarı qəbul etməyib. 

Artıq dünyanın 31 ölkəsində homoseksual evliliklərə icazə var. Həmin siyahını təqdim edirik:



1. Hollandiya - 2000-ci il (Homoseksual evliliklərə icazə verən ilk ölkə)
2. Belçika - 2003-cü il
3. İspaniya - 2005-ci il
4. Kanada - 2005-ci il
5. CAR - 2006-cı il (Homoseksual evliliklərə icazə verən yeganə Afrika ölkəsi)
6. Çexiya - 2006-cı il
7. İsveçrə - 2007-ci il
8. Norveç - 2009-cu il (Homoseksual evliliklərə icazə verən ilk Şimali Avropa ölkəsi)
9. İsveç - 2009-cu il
10. İslandiya - 2010-cu il
11. Portuqaliya - 2010-cu il
12. Argentina - 2010-cu il (Amrika qitəsində homoseksual evliliklərə icazə verən ilk ölkə)
13. Danimarka - 2012-ci il
14. Yeni Zellandiya - 2013-cü il
15. Braziliya - 2013-cü il
16. Uruqvay - 2013-cü il
17. Fransa - 2013-cü il
18. İngiltərə - 2013-cü il
19. Uels - 2013-cü il
20. Lüksemburq - 2014-cü il
21. Şotlandiya - 2014-cü il
22. ABŞ - 2015-ci il
23. Qrellandiya - 2015-ci il
24. İrlandiya - 2015-ci il
25. Kolumbiya - 2016-cı il
26. Almaniya - 2017-ci il
27. Malta - 2017-ci il
28. Sloveniya - 2017-ci il
29. Finlandiya - 2017-ci il
30. Avstraliya - 2017-ci il
31. Meksika (Meksikada homoseksual evliliklər bölgələr üzrə rəsmiləşib və statusu digər ölkələrlə müqayisədə daha qarışıqdı)

Aydın
Fanat.Az