Maqazin 22:25 14.06.2019

Homoseksuallığı təbliğ edən türk kanalı cəzalandırıldı

Türkiyə Radio və Televiziya Şurası (RTÜK) FOX TV-ni cərimələyib və proqram dayandırma cəzası verib.

Qaynarinfo xəbər verir ki, buna səbəb kanalın nəzdində fəaliyyət göstərən "FOX Life"da homoseksuallığı təbliğ edən "Jane The Virgin" serialının yayımlanması olub.

Amerika istehsalı olan ekran işində həmcinslərin münasibətlərinin türk ənənəsinə zidd olduğu bildirilib.

RTÜK serialı dayandırmaq və kanalın cərimələnməsi barədə qərar çıxarıb.