İdman 10:36 19.08.2019

Honduras millisinin hücumçusu Bakı klubunda

Honduras millisinin hücumçusu Rojer Roxas karyerasını Azərbaycanda davam etdirəcək.

Qaynarinfo diariomas.hn saytına istinadən xəbər verir ki, 29 yaşlı futbolçu "Sabah"la anlaşıb. Hazırda Kosta Rikanın "Alajuelense" klubunda çıxış edən forvardın bu gün Bakı təmsilçisi ilə müqavilə imzalayacağı gözlənilir.

Qetd edək ki, Rojer Roxas karyerası ərzində Paraqvayın "Olimpia", Səudiyyə Ərəbistanının "Əl-İttifaq" və Meksikanın "Nekaksa" klublarında da çıxış edib. O, ötən ilin yanvarında "Alajuelense" klubuna transfer olunub. Forvard Honduras millisində keçirdiyi 28 oyunda 3 qol vurub.