Foto 18:27 01.07.2019

Honkonqda parlament binası mühasirəyə alındı: evakuasiya edilir (FOTOLAR)

Honkonqda etirazçılar Qanunvericilik Məclisinin binasına daxil olmağa çalışır.

Qaynarinfo xəbər verir ki, hücum nəticəsində parlament binasının şüşəsində böyük oyuq yaranıb. Polis deşiyi maneələrlə bağlamağa müvəffəq olub. Təhlükəsizlik məqsədilə Honkonq tarixində ilk dəfə "qırmızı həyəcan siqnalı", yəni binanın tam evakuasiyası elan edilib. Hazırda parlamenti təxminən 200 polis qoruyur.

Nümayişçilərin sözlərinə görə, dinc etirazlar nəticə vermədiyi üçün bu yola əl atıblar.

Qeyd edək ki, aksiya iştirakçıları ekstradisiya qanununa etiraz edir. Yeni qanuna əsasən, cinayət törədən şəxslər Çin, Makao və Tayvana təhvil veriləcək. Honkonq sakinlərinin bir qismi ekstradisiya qanununun bölgəni Çindən daha da asılı vəziyyətə salacağına inanır.

Gülşən