Dünya 12:49 18.12.2018

Hudaydada atəşkəs elan edildi

Yəmənin Hudayda şəhərində atəşkəs əldə edilib.

Qaynarinfo xəbər verir ki, ötən günlərdə BMT-nin rəhbərliyi ilə İsveçdə Husilər və hökumət qüvvələri arasında sülh danışıqları həyata keçirilmişdi. Şəhərdəki silahlı qarşıdurmada iştirak edən tərəflər razılığa əməl edəcəklərini açıqlayıb. Atəşkəsdən sonra Hudayda və Yəmənin digər ərazilərinə humanitar yardımların göndərilməsi asanlaşacaq. 
 
Qeyd edək ki, Yəməndə 2014-cü ildən bəri vətəndaş müharibəsi davam edir. Müharibə tərəfləri İranın dəstək verdiyi Husi qüvvələri və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələrinin dəstəklədiyi hökumətdir.

Gülşən