Dünya 12:24 13.12.2018

Husilər Hudaydanı tərk edir

Yəməndə davam edən vətəndaş müharibəsində iştirak edən Husilər Hudayda şəhərini tərk etməyə razı olub.

Qaynarinfo xəbər verir ki, bu barədə İsveçdə baş tutan müzakirələrdən sonra Husi nümayəndəsi Camal Əmir məlumat verib. Razılıq BMT-nin iştirakı ilə baş tutub. Təşkilat Hudayda və digər limanlarda yoxlama həyata keçirəcək. 

Taiz şəhərində atəşkəs barədə razılıq əldə edilməyib. 

20 yanvar 2019-cu ildə əsir mübadiləsinin həyata keçirilməsi gözlənilir.

Qeyd edək ki, Yəməndə 2014-cü ildən bəri vətəndaş müharibəsi davam edir. Hökumətə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri, Husilərə isə İran hərbi dəstək verir.

Gülşən