Foto 19:05 14.10.2018

Husilər Səudiyyə tankını yandırdı, ərəblər mülki vətəndaşları vurdu (FOTO/VİDEO)

Yəmənin Hodeyda əyalətində içərisində mülki vətəndaşların olduğu mikroavtobusa raket zərbəsi endirilib.

Qaynarinfo xəbər verir ki, nəticədə azı 15 nəfər ölüb, 20 nəfər yaralanıb. Bu barədə BMT-nin Humanitar Məsələlərin Koordinasiya İdarəsi məlumat yayıb.

Bundan əvvəl isə Yəməndə üsyançı husilər Səudiyyə Ərəbistanı silahlı qüvvələrinə məxsus "Abrams" tankını partladaraq yandırıblar. Məhv edilmiş texnikanın video və fotoları "Yemen Observer"in "Twitter" mikrobloqunda paylaşılıb.

Döyüş Səudiyyə Ərəbistanının cənubunda yerləşən Cizan əyalətində baş verib. Yəmən üsyançılarının qarşısını yalnız bir tank almağa çalışıb. Tank vurulduqdan sonra heyət üzvləri ərazidən uzaqlaşıblar.

Bundan əvvəl Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının üsyançı husilərin nəzarətində olan Hudeyda liman şəhərinə genişmiqyaslı hücuma başladığı bildirilib.