İdman 14:06 05.09.2013

I Divizionun püşkü atıldı

Bu gün futbol üzrə Azərbaycan I Divizionunda 2013/2014-cü il mövsümünün püşkü atılıb.

Qaynar.info-nun PFL-ə istinadən verdiyi məlumata görə, baş tutan mərasimdən sonra ilk turda qarşılaşacaq komandalar məlum olub.

I tur, 14-15 sentyabr

"Turan T" - "Araz-Naxçıvan"

"Qaradağ Lökbatan" - "Göyəzən"

"Neftçala" - "Karvan"

"Ağsu" - "Kəpəz"

"Energetik" - "Lokomotiv"

"Şuşa" - "Şahdağ"

MOİK - "Bakılı"

I Divizionda 15 komanda iştirak etdiyindən püşkə əsasən "Şəmkir" komandası ikinci turdan mübarizəyə qoşulacaq.

Qaynar.info