Maqazin 16:20 06.04.2015

İbrahim Tatlısesin ən son fotosu

Türkiyənin məşhur müğənnisidən yaxşı xəbər gəlib.

Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısesdən yaxşı xəbər gəlib. Bir neçə gün öncə beyin əməliyyatı keçirən Tatlısesin vəziyyəti artıq yaxşıya doğru gedir. 

ABŞ-da əməliyyat olan İbrahim Tatlısesi dostları yalnız buraxmır. Sibel Can xəstəxana otağında məşhur müğənnini ziyarət edib. Tatlıses Sibel Canla şəkil də çəkdirib və həmin fotonu Instagram hesabından paylaşıb. Şəkildə Tatlısesin kefinin bir xeyli yaxşı olduğu görünür.

Fotonun altına "Oy Mayami Mayami, Sibel sənə doyami" qeydini yazan Tatlıses və Sibel Canın nəşəli olduqları gözlərdən qaçmayıb.

Fotoya sənətçini sevənlərdən çox sayda şərh gəlib. (ans)

Qaynar.info