İdman 22:34 13.10.2018

İbrahimoviç Avropaya qayıdır: hansı kluba keçir?

ABŞ-ın "Los Anceles Qalaksi" klubunda çıxış edən Zlatan İbrahimoviç yanvarda Avropaya dönə bilər.

Qaynarinfo ESPN-nə istinadən xəbər verir ki, "Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo 37 yaşlı ulduzu yenidən komandada görmək istəyir. 

İsveçli ulduzu israrla istəyən portuqaliyalı mütəxəssis qışda bu istəyinə çatmağa yaxındı. Belə ki, ABŞ çempionatında fasilə yaranacaq. Bu müddətdə formasını istəməyən futbolçular bir müddət icarə əsasında Avropa klublarında çıxış edir. İbrahimoviç də bu böyük ehtimalla bu şansdan yararlanacaq.

Qeyd edək ki, 2016-2018-ci illərdə "Mançester Yunayted"də çıxış etmiş İbrahimoviç karyerası ərzində həmçinin İsveçin "Malmö", Hollandiyanın "Ayaks", İtaliyanın "Yuventus", "Milan", "İnter", İspaniyanın "Barselona" və Fransanın PSJ klublarında ıxış edib. O, "Los Anceles Qalaksi" oynadığı 25 matçda 21 qol vurub.