İdman 10:35 18.10.2013

İbrahimoviçdən dünyanı ağladan mesaj

Bosniya və Hersoqovinada yaşayan 8 yaşlı xərçəng xəstəsi Hayrudin Kamenyasın bir müddət əvvəl son istəyi açıqlanmışdı. 

Fanat.az xəbər verir ki, həkimlərin 1 ay ömür qoyduğu uşaq PSJ-nin və İsveç yığmasının üzvü Zlatan İbrahimoviçi görmək istəyir.Lakin əslən bosniyalı olan İbrahimoviç matç proqramı sıx olduğundan tarixi vətəninə gedə və 8 yaşlı xərçəng xəstəsi ilə görüşə bilməmişdi. Lakin Ümumdünya Səhiyyə Təşkilatı vəziyyətdən çıxış yolu tapıb.

Belə ki, təşkilat İbranın duyğulu mesajını bir video-rolik hazırlayaraq Hayrudin Kamenyasa çatdırıb. Zlatan mesajında bu sözləri deyib: "Salam Haydurin. Mən Zlatan İbrahimoviçəm. Məni daim düşündüyünü eşitdim, mən də səni düşünürəm. Yanına gələ bilmədiyim üçün çox məyus olum. Amma sənə imzalı rəsmimi və formamı hədiyyə göndərirəm. "Benfika" matçına səni düşünərək çıxdım və sənin üçün 2 qol vurdum. Həmişə qəlbimdəsən".

Qaynar.info