Ölkə 14:16 22.07.2013

İçərişəhər sakinləri aksiya keçirirlər -FOTOLAR

Bu dəqiqələrdə İçərişəhərdəki İlyas Əfəndiyev küçəsi 18 ünvanında yerləşən binanın sakinləri aksiya keçirirlər.

Sakinlərin etirazına səbəb yaşadıqları binanın bir neçə gün öncə uçmasıdır. Sakinlər “Yeni Musavat”a açiqlamalarında bildiriblər ki, yaşadıqları binanın bir hissəsi də  bu gün uçub. Hadisə ilə bağlı  İçərişəhər Dövlət-Tarix Memarlıq Qoruğu İdarəsi tərəfindən tədbir görülməyib. Aksiyaya həmin üvanda yerləşən Təmiz Dünya İctimai Birliyinin əməkdaşlari da qoşulublar.Birlikdən “Yeni Musavat”a verilən məlumata görə, binanın uçmasi nəticəsində onlar da ofisdən çıxmaq məcburiyyətində qalıblar.

İçərişəhər Dövlət-Tarix Memarlıq Qoruğu İdarəsi məsələyə münasibət bildirmək istəməyib.

Qaynar.info