Ölkə 12:57 20.07.2013

İçərişəhərdə ikimərtəbəli ev uçdu

Bakıda İçərişəhərdə ikimərtəbəli ev uçaraq dağılıb.

Trend xəbər verir ki, iyulun 20-də gecə saatlarında Bakıda, İçərişəhərdə ikimərtəbəli ev uçaraq dağılıb.

Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsindən Trend-ə verilən məlumata görə, hadisə nəticəsində ölən və xəsarət alan olmayıb. Belə ki, həmin ev uzun müddət imiş ki, qəzalı vəziyyətdə olub. Ona görə də evin sakinləri əvvəlcədən oradan köçülüblər.

Qaynar.info