Sənət 12:57 18.09.2017

«İçərişəhər»də Üzeyir Musiqi Günü (FOTO/VİDEO)

Bu gün dünya şöhrətli bəstəkar Üzeyir Hacıbəyovun doğum günüdür. 132 yaşı tamam olan bəstəkarın doğum günü - 18 sentyabr Üzeyir Musiqi Günü kimi qeyd edilir.

Bu gün bəstəkarın doğum günü ilə bağlı bir sıra tədbirlər keçirilir. Belə tədbirlərdən biri Bakı Metropoliteni tərəfindən təşkil edilib. Metrodan istifadə edən sərnişinlərə bayram ovqatı bəxş etmək məqsədilə axının daha çox olan bir neçə stansiyanın vestibülündə konsert proqramının təşkili nəzərdə keçirilir. Proqramda milli və klassik musiqi nümunələri səsləndirilir. 

"İçərişəhər" stansiyasındaklı konsert saat 12.00-da başlayıb və 13.30-dək davam edəcək.

Digər stansiyalarda təşkil olunacaq konsertlərin proqramı: 

“28 May” stansiyası – saat 13:00-14:30;

“Elmlər Akademiyası” stansiyası – saat 14:00-15:30; 

“Memar Əcəmi” stansiyası (Bənövşəyi xətt) – saat 15:00-16:30.

"İçərişəhır" stansiyasındakı konsertdən foto və videonu təqdim edirik.

Lalə Niftaliyeva

Foto/video: Sultana Əhmədbəyli

Qaynarinfo.Az