Ölkə 15:09 14.05.2013

“İçim yanır...” - Oqtay Əsədov

Milli Məclisin spikeri Oqtay Əsədov parlamentin bugün keçirilən plenar iclasında deputatların qaldırdıqları məsələlərə maraqlı reaksiyalar verib. 

“Qafqazinfo” xəbər verir ki, əvvəlcə deputat İqbal Ağazadənin müxalifətçi gənclərin həbsdə olarkən təmzilik işləri ilə məşğul olmalarını əks etdirən fotoların yayılmasına etiraz etməsinə O. Əsədovdan maraqlı açıqlama gəlib. Oqtay Əsədov bildirib ki, bu şəkilləri çəkib yayanlara ar olsun: “Amma hüquq-mühafizə orqanlarını suçlamaq doğru deyil, çünki əlimizdə fakt yoxdur. Bu araşdırldıqdan sonra kimisə ittiham etmək olar”

Daha sonra deputat Zahid Orucun “Gülüstan müqaviləsinin 200 illiyi tamam olur. Hesab edirəm ki, bununla bağlı tədbirlər keçirilməlidir” təklifinə spiker “Zahid Oruc, siz təcrübəli siyasətçisiniz, deputatsınız. Bilirsiniz ki, bizi təxribata çəkirlər. Bir qədər ehtiyatlı olun. Mən Gülüstan müqaviləsi haqqında eşidəndə içim yanır. Ona görə heç bir çağırış etmirəm”.

Qaynar.info