Qızbəs Məmmədova Astara Rayon İcra Hakimiyyəti başçısının müavin təyin edilib. 

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev bununla bağlı müvafiq əmr imzalayıb.  

O həmçinin Astara RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsini də yerinə yetirəcək.

Qeyd edək ki, Q.Məmmədova bu təyinatadək 2004-cü ildən Astara rayon Təhsil şöbəsinin müdiri vəzifəsində çalışıb.