İcra başçısı generalla quda oldu

İcra başçısı generalla quda oldu

Azərbaycanın hakim elitasında daha bir ittifaq-qudalığın əsası qoyulub. 

Qaynarinfo azpolitika.info-ya istinadən xəbər verir ki, Bakının Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov Daxili İşlər Nazirinin müavini, polis general-leytenantı Oruc Zalovla quda olub - başçının qızı generalın qardaşı oğlu ilə ailə qurub. 

Toy mərasimi iyunun 11-də Bakının prestijli şadlıq saraylarından birində baş tutub.
 
O.Zalovun qardaşının iş adamı olduğu bildirilir.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR