Ölkə 18:03 12.07.2018

İcra başçısı ilə deputat qəza yerinə getdilər

"Ağsu rayonu Bico kəndi ərazisində quru otlaq sahələri yanır. Rayon ərazisində olan FHN-nin bütün yanğınsöndürən maşınları hadisə yerinə cəlb edilib”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Ağsu rayonundan seçilən deputatı Tahir Kərimli deyib.

Deputat bildirib ki, bir qədər əvvəl Ağsu rayonun Suraxanı kəndində icra başçısı Ənvər Seyidəliyev ilə birlikdə vətəndaşların qəbulunu keçirirdilər:

"Hadisəni eşidən kimi, icra başçısı aidiyyati qurumlara göstərişlərini verdi. Hazırda icra başçısı ilə birlikdə hadisə yerinə gedirik”.