Ölkə 14:52 15.06.2013

İcra başçısı jurnalistin atasını döydürüb

Jurnalist Bahar Rüstəmlinin atası Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütfəli Babayev tərəfindən döydürülüb.

Bu barədə Bahar Rüstəmli öz facebook səhifəsində yazıb: “Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütfəli Babayev məni susdurmaq üçün atamı döydürüb. "Qızın Zərdabın adını tutmasın" deyib... Anlaya bilmirəm... Zərdabda Lütfəli Babayev doğulub, yoxsa Bahar Rüstəmli?”

Qeyd edək ki, aznews.az-ın əməkdaşının “Zərdabda biabırçı olay: 15 yaşlı qız sürgün edilir” başlıqlı yazısından sonra dünən Zərdab rayonunun bir qrup sakini Bahar Rüstəmlinin rayonun Alibəyli kəndində yaşayan ailəsinin yaşadığı evə hücum edib. Basqınçılar jurnalistin ailəsinin yaşadığı evin qapısını qırmağa cəhd edib, atasının üstünə bıçaq çəkib, ailəni təhqir ediblər. Onlar ev sahibini ölümlə hədələyiblər. Mövzuya qayıdacağıq.../virtualaz.org/