Ölkə 12:56 16.11.2013

İcra başçısı və millət vəkili ağac əkdilər - FOTOLAR


Bu gün Nəsimi rayon İcra Hakimiyyətinin və millət vəkili Asim Mollazadənin təşkilatçılığı ilə rayon ərazisində ağacəkmə aksiyası keçirlib.

Qaynar.info-nun verdiyi xəbərə görə, eldar şamı və xan çinarından ibarət, ümumilikdə 500-dən yuxarı ağac tingi əkilib.

Rayonun icra başçısı Nəsib Məhəməliyev və millət vəkili Asim Mollazadənin də şəxsən iştirak etdiyi aksiya zamanı ağaclar  Səməd Vurğun, Hənifə Ələsgərov, Bakıxanov, Ənvər Qasımzadə küçələrində və Vaqif prospektində əkilib.

ANN.Az-ın aksiyadan hazırladığı fotoları təqdim edirik.

Qaynar.info