Ölkə 12:26 15.02.2018

İcra başçısı yeni müavin təyin etdi

Sumqayıt şəhər İcra Hakimiyyətində yeni təyinat olub.

Qaynarinfo azvision.az-a istinadən xəbər verir ki, Fəzail Ağalar oğlu Hüseynov Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

F.Hüseynov bu təyinata qədər Sumqayıt şəhər İcra hakimiyyətində Memarlıq və tikinti şöbəsinin müdiri vəzifəsində çalışıb.

Qeyd edək ki, Sumqayıtın icra başçısı Zakir Fərəcovdur.