Ölkə 18:56 21.05.2014

İcra başçısından ağac rəngləməyin yeni metodu - VİDEO-YENİLƏNİB

İsmayıllı rayon İcra Hakmiyyəti “İcra başçısından ağac rəngləməyin yeni metodu” başlıqlı yazıya münasibət bildirib. 

Qaynar.info-nun elektron ünvanına daxil olan məlumatda bildirilir ki, icra başçısı tərəfindən ağacların rənglənməsi ilə bağlı heç bir tapşırıq verilməyib. Mətni olduğu kimi təqdim edirik: 

"“İcra başçısından ağac rəngləməyin yeni metodu” başlığı altında gedən yazı ilə əlaqədar olaraq bildiririk ki, Prezident cənab İlham Əliyevin İsmayıllı rayonuna səfəri barədə Rayon İcra Hakimiyyətində heç bir məlumat yoxdur və avtomagistral yolların kənarındakı ağacların rənglənməsi barədə RİH tərəfindən tapşırıq verilməmişdir. Videomaterialda göstərilən obyekt özəl sahibkara məxsusdur və ağacların ağardılmasının Rayon İcra Hakimiyyəti ilə heç bir əlaqəsi yoxdur. Xahiş edirik saytınızda məlumatları qarşı tərəfin fikrini (mövqeyini) dəqiqləşdirdikdən sonra yerləşdirəsiniz".

Qeyd edək ki, bu barədə məlumatı virtulaz.org saytı yaymışdı. 

________

16:40

İsmayıllının icra başçısı Mirdamət Sadıqov ölkə prezidenti İlham Əliyevin həmin rayona gələcəyini nəzərə alaraq ağacların gövdəsinin ağardılması barədə göstəriş verib. 

Virtulaz.org xəbər verir ki, yerli məmurlar isə ağacların yalnız Prezidentin görə biləcəyi ön hissələrini ağardıblar. Bu görüntüləri bloqqer Mehman Hüseynov lentə alaraq yayıb. 

Sayt qeyd edir ki, İsmayıllı məmurlarının bu "kəşf"nə yəqin ki, Rusiya imperatoru Yekaterinanın gəlişi şərəfinə yolüstü  “qayırma” kəndlər salan qraf Potyomkin özü də həsəd aparardı...