Ölkə 09:54 14.12.2018

İcra başçısından yeni təyinat

Səbail Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini vəzifəsinə yəyinat olub.  

Qaynarinfo-nun məlumatına görə, bununla bağlı RİH başçısı Vüqar Zeynalov müvafiq əmr imzalayıb.

V.Zeynalovun əmri ilə həmin vəzifəyə Vüqar Şıxəmmədov təyin olunub.

O, bundan öncə Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb.
 
Qeyd edək ki, həmin vəzifəni icra edən Abid Əliyev təxminən bir ay əvvəl vəzifəsindən azad edilib.