Ölkə 09:53 02.12.2017

İcra Hakimiyyəti başçısının yerinə təyinat

Azərbaycan Ədliyyə Nazirliyində yeni təyinat olub.

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, Zahir Əlizadə nazirliyin Bələdiyyələrlə İş Mərkəzinə rəis təyin edilib.

O, indiyədək mərkəzin rəisi vəzifəsini müvəqqəti icra edirdi.

Nazirliyin mətbuat xidməti faktı təsdiqləyib.

Qeyd edək ki, mərkəzin əvvəlki rəisi Mehdi Səlimzadə Azərbaycan Respublikası Prezidentinin 10 iyun 2016-cı il tarixli sərəncamı ilə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.